Türkiyədə çimərlik futbolu üzrə İstanbul kuboku keçirilib.

2016-06-19

Aprel döyüşlərində əsgərlərimizin böyük şücaət göstərərək düşməndən azad etdiyi mühüm yüksəkliklərdən biri olan “Lələtəpə”nin şərəfinə yaradılmış komanda turnirdəki ilk iki oyunundan qələbə ilə ayrılmağı bacarıb.

Komandanın kapitanı Rüfət Həsənovun verdiyi məlumata görə, Zeynal Zeynalovun başçılıq etdiyi komanda öncə Yunanıstan “Atlas”ına 7:2 hesabıyla qalib gəlib. Bir çox kanalların canlı yayımladığı turnirdə daha sonra Hollandiya “Zeeland”ı ilə üz-üzə gələn komandamız yenə də oxşar hesabla üstün gəlib.

Turnirin üçüncü günü komandamız Türkiyənin “Kultur Uni-ti” klubuna 5:3 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib.

“Bu turnirdə komandanın “Lələtəpə” adı ilə çıxış etməsi bütün dünyaya bu torpaqların bizə aid olduqunu göstərmək üçün çox gözəl bir fürsət idi ki, bunu da futbolçularımız yüksək səviyyədə həyata keçirməyi bacardı”, - deyə R.Həsənov bildirib.

Qeyd edək ki,  “Lələtəpə” komandası İstanbula bu heyətlə yollanıb: Hikmət Bağırov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Sabir Allahquliyev, İlkin Hacıyev, Əbdül Əliyev, Orxan Məmmədov, Asif Zeynalov.

Copyright © 2016 | site by WebCoder